14 C
Baku
Saturday, November 16, 2024

Zelenski Rusiya banklarına sanksiyaların tətbiqi ilə bağlı qətnaməni Ali Radaya təqdim edib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın bütün banklarına qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnaməni Ali Radaya təqdim edib.

Bu barədə “Unian“ məlumat yayıb.

Qeyd olunub ki, söhbət Rusiyada qeydiyyatdan keçmiş və yaxud yerləşən bütün banklara qarşı sanksiyalardan gedir və məhdudiyyətlər 50 il müddətində qüvvədə olacaq.

Bura xüsusilə Rusiya Mərkəzi Bankı, bank olmayan kredit təşkilatları (BOKT), ödəniş sistemlərinin operatorları, fond bazarının peşəkar iştirakçıları, sığorta şirkətləri, Rusiya Federasiyasında xidmət göstərən investisiya fondları və digər qurumlar daxildir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər