2 C
Baku
Saturday, December 14, 2024

Zelenski: “Rusiya bütün resurslarını bizi məhv etməyə yönəldib”

Rusiya Federasiyası Ukraynanı məhv etmək üçün bütün imkanlarından istifadə edir. Eyni zamanda, Rusiyanın bölgələrində deyirlər ki, “xüsusi əməliyyat” bir çox sənaye sahələrinin, o cümlədən tikintinin iqtisadi tənəzzülünə və insanların yoxsullaşmasına səbəb olur.

Bunları Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

“Rusiya faktiki olaraq bütün resurslarını bizi məhv etməyə yönəldib. Qiymətlərin artımı, gəlirlərin ucuzlaşması, Rusiyada 2000-ci illərdən bəri yaradılmış bütün iqtisadi potensialın məhv edilməsi – bunlar hələ də işğalçıları dayandıra bilməyib. Amma nəhəng xərclər hələ də onlara kömək etmir, kömək etməyəcək də”, – dövlət başçısı bildirib.

Zelenski həmçinin qeyd edib ki, Donbasda vəziyyət çox mürəkkəbdir. Rusiya hərbçiləri Slavyansk və Severodonetskə hücum etməyə çalışırlar.

 

 

Son xəbərlər
Digər xəbərlər