16 C
Baku
Saturday, November 22, 2025

Zelenski: “Rusiya heç vaxt evimizdə hakim ola bilməyəcək”

“Ukrayna üçün hər zaman mübarizə aparacağıq, çünki bura bizim evimizdir. Rusiya heç vaxt evimizdə hakim ola bilməyəcək”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Qolodomor faciəsinin qurbanlarını yad etdiyi anma mərasimində verib.

“Bu gün saat 16:00-da, ukraynalıların olduğu hər yerdə pəncərə önündə xatirə şamları yanacaq. İnsanlıq tarixinin ən dəhşətli cinayətlərindən birinin milyonlarla sübutu göstərir ki, ukraynalılar Qolodomorda həyatını itirən milyonları unutmayıb və Moskvanı bu soyqırımı üçün heç vaxt bağışlamayacaq.

Yenə dəyişməyən və yenə ölüm gətirən bir Rusiyaya qarşı özümüzü qoruyuruq. Milli yaddaşımızı qoruduğumuz kimi, müdafiəmizdə də birlik olmalıyıq”, – o qeyd edib.

Qeyd edək ki, Qolodomor Ukrayna tarixinin ən acı hadisələrindən biri hesab olunur. 1932-1933-cü illərdə Sovet rejimi tərəfindən aclıqdan ölümlə üzləşən insanlar təxminən 4,5 milyon nəfər təşkil edib ki, bu da o dövr Ukrayna əhalisinin təxminən 13%-ni əhatə edir. Hər il noyabrın son şənbəsi “Qolodomor Qurbanlarını Yad Etmə Günü” kimi qeyd edilir.

Son xəbərlər
Digər xəbərlər