28 C
Baku
Wednesday, July 24, 2024

Zelenski Rusiya ilə əlaqəli coğrafi adları yasaqlayan qanunu imzaladı

Ukraynada coğrafi obyektlərə Rusiya və onun xadimləri ilə əlaqəli adlar verilməsi yasaqlanıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sənəd imzalayıb.

Belə ki, aprelin 21-də Zelenski “Coğrafi adlar haqqında” Ukrayna Qanununa toponimiyanın dekolonizasiyası və Ukraynanın yaşayış məntəqələrində coğrafi adların istifadəsinin sadələşdirilməsinə dair dəyişikliklər edilməsi haqqında” 7253 saylı qanun layihəsini imzalayıb.

Qanun coğrafi obyektlərə Rusiyanı və ya onun görkəmli yerlərini, tarixlərini, hadisələrini, Ukraynaya (və ya başqa ölkəyə) qarşı təcavüz etmiş şəxslərini, habelə totalitar Sovet və Rusiya rejimlərinin tənqidinə görə təqiblərlə bağlı totalitar siyasət və təcrübələri, həmçinin müvəqqəti işğal olunmuş ərazilərdəki ukraynalıları simvolizə edən, tərənnüm edən adların verilməsini qadağan edir.

Qanun Rusiyanın Ukraynanın daxili siyasətinə və ukraynalıların dünyagörüşünə təsirinin azaldılmasını təmin etməli, Rusiyanın təbliğat fəaliyyətinin qarşısını almaq üçün ilkin şərtlər yaratmalı və sovetdənarınmanı sürətləndirməlidir.

Son xəbərlər
Digər xəbərlər