19.2 C
Baku
Sunday, September 25, 2022

Zelenski Rusiya ilə bu şərtlə danışıqlar aparacaq

Rusiya qoşunları ələ keçirdikləri Ukrayna ərazilərini tərk etdikdən sonra Moskva ilə danışıqlar aparmaq mümkündür.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, sülh danışıqlarının başlaması üçün əvvəlcə Rusiya tutduğu əraziləri tərk etməlidir.

Zelenski görüşdə Beynəlxalq Atom Enerjisi Agentliyinin Zaporojye nüvə stansiyasına mümkün missiyasının parametrlərini razılaşdırdığını bildirib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər