13 C
Baku
Sunday, November 27, 2022

Zelenski: “Rusiya İrana baş əyib”

“Rusiya Federasiyasının İrana yardım çağırışı Kremlin hərbi-siyasi iflasının başlanğıcıdır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Biz yadda saxlamalıyıq: Rusiyanın yardım üçün İrana müraciət etməsinin özü Kremlin onun hərbi-siyasi iflasını etiraf etməsidir. On illər ərzində onlar öz hərbi sənaye kompleksinə milyardlarla dollar xərcləyiblər və sonda Tehrana baş əyiblər. Kifayət qədər sadə pilotsuz təyyarələr və raketlər əldə etmək üçün. Strateji baxımdan bu, onsuz da onlara kömək etməyəcək”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Zelenski İranın kamikadze dronlarının Ukraynaya hücumlarını şərh edərkən demişdi ki, İranda və ya başqa yerdə Ukrayna xalqını qıra biləcək belə silah yoxdur.

O, Rusiya tərəfinin hansı şərtlər altında Ukrayna ilə sülh barədə düşünməyə başlayacağını da açıqlayıb.

Onun fikrincə, taktiki müstəvidə rusların hələ də müəyyən ümidləri ola bilər, lakin onların hamısı puça çıxacaq.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər
X