25 C
Baku
Thursday, September 11, 2025

Zelenski: Rusiya İranın kamikadze dronları ilə Polşanın hava məkanına daxil olub

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya dronlarının Polşanın hava məkanını pozmasına münasibət bildirib.

Banker.az xəbər verir ki, Ukrayna lideri baş verənləri Avropa üçün son dərəcə təhlükəli bir presedent adlandırıb.

Ukrayna lideri deyib ki, Rusiya İran istehsalı 8 “Şahed” dronu ilə NATO-nun, o cümlədən Polşanın hava məkanını pozub: “Əlavə addımların atılıb-atılmaması tamamilə koordinasiyadan və cavabların gücündən asılıdır. Ruslar bunun nəticələrini hiss etməlidirlər. Rusiya başa düşməlidir ki, müharibəni genişləndirmək olmaz və onu dayandırmaq lazımdır. Sanksiyalardakı fasilə çox uzun müddət davam edib. Rusiyaya və onun tərəfdaşlarına qarşı məhdudiyyətlərin tətbiq edilməsinin təxirə salınması yalnız zərbələrin şiddətinin artması deməkdir. Rusiyanın qarşısını almaq üçün kifayət qədər silah lazımdır. Qətiyyətli cavab lazımdır və bu, yalnız bütün tərəfdaşların birgə cavabı ola bilər: Ukrayna, Polşa, bütün avropalılar, Amerika Birləşmiş Ştatları”.

Son xəbərlər
Digər xəbərlər