3 C
Baku
Saturday, December 14, 2024

Zelenski: “Rusiya işğalından bir il əvvəl bizə insanları təxliyə etmək təklif olunurdu”

Rusiyanın Ukraynaya müdaxiləsindən bir il əvvəl Zelenskiyə insanları təxliyə etmək təklif edilib. Ukrayna İnformasiya Agentliyinin verdiyi məlumata görə, bu barədə Prezident Volodimir Zelenski NOS-a müsahibəsində danışıb.

“Birincisi, ölkəmiz hazırlaşırdı. Biz bilirdik ki, bu (tammiqyaslı işğal) hər an baş verə bilər. Bizə təklif olunan yol həyəcan təbilini çalmaq, səngərlər qazmaq, insanları ölkədən çıxarmaq idi və bunu işğaldan bir il əvvəl etmək lazım idi. Düşünürəm ki, bu yol səhv idi, çünki cəmiyyətimizdə çaxnaşma yaratmağa ehtiyac yox idi”, – deyə Ukrayna lideri qeyd edib.

Zelenski hesab edir ki, insanlara genişmiqyaslı müharibənin başlaması haqqında bir il əvvəldən xəbərdarlıq edilməsi büdcəyə və iqtisadiyyata zərbə vura bilərdi.

“Çünki bütün bunlar maliyyə vəziyyətimizə, büdcəmizə və iqtisadiyyatımıza zərbə vurur. Biz bunu indi – işğal başlayanda daha aydın başa düşürük . Bütün bu addımlar dövlətimizlə birlikdə atılıb. Bizim minimum mənfi beş milyard büdcə kəsirimiz var. Və bu kəsir martda başladı. Amma bir il əvvəl kampaniyaya başlasaydıq, iqtisadiyyatımız artıq mövcud olmayacaqdı və bizim üçün çox çətin olacaqdı. Biz başa düşürdük ki, valyutamızın məzənnəsi necə olacaq və bunun əhali,  biznes üzərində təsiri necə olacaq. Mən hesab edirəm ki, bunlar çox böyük risklər idi”, – deyə dövlət başçısı qeyd edib.

Prezident eyni zamanda ordunun bütün bu müddət ərzində hazırlaşdığını və Rusiyanın işğalına hazır olduğunu da vurğulayıb.

“Ordumuza gəlincə, ordu hazır idi. Bunu da göstərdi”, – deyə Zelenski əlavə edib.

 

 

Son xəbərlər
Digər xəbərlər