20 C
Baku
Tuesday, October 28, 2025

Zelenski: Rusiya neft emalı gücünün 20 faizindən çoxunu itirib

Ukrayna Müdafiə Qüvvələrinin Rusiyanın dərinliklərindəki neft emalı zavodlarına endirdiyi zərbələr təcavüzkarın iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Bu hücumlar nəticəsində Rusiya neft emalı gücünün 20 faizindən çoxunu və yanacaq istehsalının 27 faizə qədərini itirib.

Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə jurnalistlərlə görüşündə bildirib. O qeyd edib: “Hesab edirik ki, ruslar neft emalı gücünün 20 faizindən çoxunu və yanacaq istehsalının təxminən 22-27 faizini itiriblər. Buna görə də növbələr yaranıb. Orada problem var”.

Dövlət başçısı qeyd edib ki, zərbələr nəticəsində bir neçə Rusiya neft emalı zavodu zədələnib və bu, işğalçıları yanacaq həcmini digər obyektlər arasında yenidən bölüşdürməyə məcbur edib.

Ukrayna Prezidenti vurğulayıb: “Bərpa işlərinə başlayanda və nəqliyyat vasitələrinin növbələrini görəndə, həcmləri digər neft emalı zavodlarına payladılar. Buna görə də bizim vəzifəmiz tamamilə aydındır: istehsalını artırmağa başlayan digər neft emalı zavodlarında işimizi davam etdirmək”.

V.Zelenski qeyd edib ki, Ukrayna hazırda yerli istehsal olan uzaqmənzilli silahlardan, eləcə də Britaniyanın “Storm Shadow” və Fransanın “SCALP” sistemlərindən daha az miqdarda istifadə edir. Onun sözlərinə görə, Rusiyanın dərinliklərindəki hədəflərə vurulan zərbələrin 90-95%-i Ukrayna sistemləri tərəfindən həyata keçirilir.

Prezident əlavə edib ki, Ukrayna uzaqmənzilli silahlar istehsal etməyə, bunun üçün maliyyə mənbələri axtarmağa və təcavüzkarın iqtisadi bazasını zəiflətmək üçün gündəlik çalışmağa davam edəcək.

“Bu, onların müharibə üçün neft emalından əldə etdikləri pullardır. Buna görə də biz məhz bu istiqamətdə çalışırıq”, – deyə Zelenski əlavə edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər