Ukrayna terrorun hər təzahürünə, bütün hücumlara cavab verməlidir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski əhaliyə videomüraciətində bildirib.
Onun sözlərinə görə, Ukrayna həmişə sülhə can atıb, dəfələrlə müxtəlif danışıqlar formatlarında Rusiya rəhbərliyinə müharibəni dayandırmağı və Ukrayna torpaqlarını işğaldan azad etməyi təklif edib.
“Rusiya öz təbliğat illüziyalarının əsarəti altındadır və hələ də ümid edir ki, guya müxtəlif şantaj formaları ilə nəyəsə nail ola bilər. Bilməz. Bu o deməkdir ki, biz özümüzü müdafiə etməliyik, terrorun hər bir təzahürünə, hər cür atəşə – bir gün dayanmayan amansız mərmilərə cavab verməliyik.
Təəssüf ki, itkilərimiz var, lakin biz bütün səviyyələrdə, bütün cəbhələrdə mübarizə aparmalı, dövlətimizi mümkün qədər gücləndirməli, birliyimizi qoruyub saxlamalı və anti-müharibə koalisiyamıza daha çox ölkə cəlb etməliyik”, – deyə o bildirib.