6 C
Baku
Sunday, December 15, 2024

Zelenski Rusiyanı tərk edən şirkətləri ölkəsinə dəvət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı tərk edən qlobal şirkətləri Ukraynaya dəvət edib.

DAVOS Dünya İqtisadi Forumunun (WEF) xüsusi sessiyasında videokonfrans vasitəsilə iştirakçılara müraciət edən Zelenski, “Rusiyadan çıxan istənilən şirkət Ukrayna bazarına daxil ola bilər, şirkətlər azadlığı tam dəstəkləməklə bundan faydalanacaqlar” deyib.

Zelenski Rusiyaya qarşı sanksiyaların yetərli olmadığını vurğulayıb.

Rusiya ilə ticarətə getməməyə çağıran Ukrayna Prezidenti Rusiya nefti, bankları və informasiya texnologiyaları sektoruna qarşı “maksimum sanksiyalar” tələb edib.

Zelenski ölkəsindəki bütün şəhərlərin və sənayelərin yenidən qurulmasının vacibliyini vurğulayaraq, Davosda investorları və qlobal liderləri ölkəsini yenidən qurmağa dəvət edib.

Ölkəsinin yenidən qurulması üçün böyük səylərə ehtiyac olduğunu bildirən Zelenski, “Yarım trilyon dollar itkimiz var” deyib.

Ukraynanın Rusiyaya qarşı gözlənildiyindən daha uzun müddətdir mübarizə apardığına diqqət çəkən Zelenski, ötən ilin payızında Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edilsəydi, regionda vəziyyətin indiki kimi olmayacağını qeyd edib.

Fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlamasına toxunan Zelenski əlavə edib ki, əgər beynəlxalq ictimaiyyət Rusiyanın 2014-cü ildə Krımı ilhaqında yekdil davransaydı, Rusiya “fevral işğalı”na başlamazdı.

 

 

Son xəbərlər
Digər xəbərlər