26 C
Baku
Saturday, July 27, 2024

Zelenski Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmır

Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmıram.

Bunu Almaniyanın “Bild” qəzetinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O qeyd edib ki, Qərb Putinin şantajlarına boyun əyməməlidir. Bundan əlavə, Zelenski vurğulayıb ki, Ukraynanın öz torpaqlarını azad edəcəyinə əmindir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə silahı ilə hədələyib. “Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik”, – Rusiya lideri bu gün xalqa müraciətində söyləyib.

 

 

Son xəbərlər
Digər xəbərlər