12 C
Baku
Monday, November 25, 2024

Zelenski Rusiyaya qarşı nüvə sanksiyalarının tətbiqinə çağırıb

“Nüvə fəlakəti təhlükəsi yaratdığı üçün Rusiyaya və onun nüvə sənayesinə qarşı yeni sanksiyalara ehtiyacımız var”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski vətəndaşlara müraciətində deyib.

O qeyd edib ki, Ukrayna Rusiyanın nüvə şantajı, Zaporojye atom elektrik stansiyasının obyektlərinin atəşə tutulması və minalanması barədə dünyanı fəal şəkildə məlumatlandırır. Zelenskinin sözlərinə görə, artıq beynəlxalq ictimaiyyətin müvafiq reaksiyaları var.

“Ancaq cavab tədbirlərini sürətləndirmək lazımdır. Rusiya söz və narahatlıqla hesablaşmayacaq. Nüvə fəlakəti təhlükəsi yaratdığına görə terrorçu dövlətə və bütün Rusiya nüvə sənayesinə qarşı yeni sanksiyalara ehtiyac var”, – Zelenski bildirib.

Onun sözlərinə görə, dünya Çernobıl hadisəsini unutmamalı və yadda saxlamalıdır ki, Zaporojye atom elektrik stansiyası Avropada ən böyük AES-dir.

“Çernobıl faciəsi bir reaktorda partlayışdır, Zaporojye AES altı enerji blokudur”, – Ukrayna Prezidenti vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər