Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə növbəti danışıqlar aparıb.
Dövlət başçısı bu barədə tviterdə yazıb.
Tərəflər Rusiya Federasiyasına təzyiqin artırılması tədbirləri və Ukraynanın Aİ-yə üzvlüyü məsələlərini müzakirə ediblər.
“Avropalı tərəfdaşlarla məsləhətləşmələr davam edir. Şarlz Mişellə danışıqlar apardım”, – Zelenski sosial şəbəkə hesabında vurğulayıb.
Onun sözlərinə görə, söhbət zamanı tərəflər Rusiya əleyhinə sanksiyaları, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Rusiyaya koordinasiyalı təzyiqin zəruriliyi, Ukraynaya dəstək və ölkənin Aİ-yə üzvlüyü məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, fevralın 28-də Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb. Şarl Mişel bundan sonra bildirib ki, üzvlüklə bağlı Avropa İttifaqında konsensus yoxdur.