Ukrayna Prezidenti Vladimir Zelenski Təhlükəsizlik Xidmətinin rəhbəri postuna namizəd irəli sürüb.
Prezident Zelenski Ali Radaya Vasil Malyukun Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilməsi təklifini təqdim edib.
“Ukrayna Konstitusiyasının 106-cı maddəsinin birinci hissəsinin 14-cü bəndinə uyğun olaraq, Vasil Malyukun Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təyin edilməsi təklifi ilə çıxış edirəm”, – təklifin mətnində deyilir.
Xatırladaq ki, 2022-ci il iyulun 17-də Prezident Vladimir Zelenski İvan Bakanovu Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri vəzifəsindən kənarlaşdırıb. Ertəsi gün Ukrayna dövlətinin başçısı SBU rəhbərinin vəzifələrinin müvəqqəti icrasını birinci müavini Vasil Malyuka həvalə edib.