22 C
Baku
Monday, October 6, 2025

Zelenski Trampla Rusiyaya qarşı sanksiyaları müzakirə etməyi planlaşdırır

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, o, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə verdiyi son tarixi dəqiqləşdirəcək.

Ukrayna Prezidenti bu bəyanatı bu gün mətbuat konfransında verib.

“Bir neçə həftəyə cavab verəcəyini dedi… Bir neçə həftə, bu, iki və ya üç həftə ola bilər. Bu gün və ya yaxın günlərdə ABŞ Prezidenti ilə danışacağıq və bu məsələni də dəqiqləşdirəcəyik”, – Ukrayna Prezidenti bildirib.

Ərazilərin dəyişdirilməsi məsələsinə toxunan Zelenski “Biz Putinə heç nə bağışlamayacağıq, əgər o daha da irəliləmək istəsə, milyonlarla əsgər itirməli olacaq”, – deyə vurğulayıb.

Zelenski qeyd edib ki, sentyabrın 4-də Trampla Rusiyaya qarşı sanksiyaları müzakirə etməyi planlaşdırır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər