“Ukrayna bu ilin sonuna kimi Avropa İttifaqına daxil olmaq üçün yeddi tövsiyəni yerinə yetirəcək”.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Almaniya prezidenti ilə görüşdə Ukraynanın Avropa və Avroatlantik inteqrasiyası məsələləri müzakirə olunub:
“Artıq bu il biz Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirəcəyik. Avropa İttifaqına daxil olmaq üçün ölkəmiz yeddi tövsiyəni yerinə yetirməlidir.
Bunlar, xüsusilə, Konstitusiya Məhkəməsi hakimlərinin seçiminin sürətləndirilməsi, ədliyyə sistemində islahatların davam etdirilməsi, korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə, deoliqarxizasiya haqqında qanunun real nəticələrinin nümayişi, qanunvericiliyə uyğunlaşdırılması, Avropa qanunu ilə audiovizual qanunvericilik, milli azlıqlar haqqında qanunun qəbulu və həyata keçirilməsi və s məsələləri əhatə edir. Hesab edirəm ki, genişlənmə siyasəti çərçivəsində növbəti paket ictimaiyyətə açıqlanmamışdan əvvəl də bu iş Avropa İttifaqı tərəfindən layiqincə qiymətləndirilməlidir”.