9 C
Baku
Thursday, December 12, 2024

Zelenski: “Ukrayna dialoqu Rusiyanın növbəti prezidenti ilə aparacaq”

Rusiya Prezidenti Vladimir Putinlə birgəyaşayışla bağlı razılaşmaq mümkün deyil, Ukrayna dialoqu Rusiyanın növbəti Prezidenti ilə aparacaq.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Facebook”da video paylaşımında qeyd edib.

Zelenski vurğulayıb ki, Ukrayna danışıqlarla bağlı səylərin əsas təşəbbüskarı olub və hələ də bu istiqamətdə liderdir. Əlavə edib ki, ölkəsi hər zaman Rusiyaya bərabərhüquqlu, vicdanlı və ədalətli şərtlərlə birgəyaşayış təklif edib.

“Aydındır ki, Rusiyanın hazırkı Prezidenti ilə bu, mümkün deyil. Ona görə də, biz artıq Rusiya ilə dialoqa Rusiyanın başqa Prezidenti ilə hazırıq”, – Zelensk qeyd edib.

Ukrayna Prezidenti vurğulayıb ki, sülhün yeganə yolu Ukraynanın güclənməsi və işğalçıları qovması ilə mümkündür və Ukrayna bu yolla gedəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər