6 C
Baku
Sunday, December 15, 2024

Zelenski: “Ukrayna ilə Aİ arasında assosiasiya sazişi 63 faiz yerinə yetirilib”

Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya sazişi 63 faiz yerinə yetirilib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radada çıxışı zamanı deyib.

“Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya sazişi artıq 63 faiz yerinə yetirilib, 37 faiz isə hamımız üçün, dövlətimiz üçün vəzifə olaraq qalır. Lakin siz onlarla vacib qanun layihəsini işləyib hazırlamalı, həmkarlarınız qarşısında müdafiə etməli və onları təsdiq etməlisiniz”, – deyə Volodimir Zelenski bildirib.

Ali Radada video-formatda çıxış edən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə öz növbəsində “Avropanın qapısına” gedən yolun uzun olacağını deyib.

“Beş ay öncə Ukraynanın Avropa İttifaqına namizəd olacağını təsəvvür etmək mümkün deyildi. Bu gün isə Ukraynanın seçimini və Maydan hərəkatının böyük qələbəsini qeyd etmək olar”, – deyə Ursula fon der Lyayen əlavə edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər