4 C
Baku
Sunday, February 25, 2024

Zelenski: “Ukrayna Krımı diplomatik yolla qaytara bilər”

Ukrayna müvəqqəti itirdiyi Krımı təkcə hərbi yolla deyil, həm də dialoq yolu ilə qaytara bilər.

Bu barədə “Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Jurnalist Zelenskidən Ukraynanın Krımı öz tərkibinə qaytara bilib-bilməyəcəyini soruşub.

“Başqa şans yoxdur. Çıxış yolu yoxdur, əraziləri işğaldan azad etmək lazımdır. Ola bilər, Krım diplomatiya yolu ilə qaytarılsın”, – Prezident vurğulayıb.

Onun sözlərinə görə, ukraynalıların əksəriyyəti bu məsələnin diplomatik yolla həllini dəstəkləyəcək.

Eyni zamanda, dövlət başçısı qeyd edib ki, Krımın qaytarılmasını müzakirə edəcək insanların adlarını və danışıqların nə vaxt başlaya biləcəyini deyə bilməz.

Son xəbərlər
Digər xəbərlər