Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiyanın komandanı general-polkovnik Nikolay Balanı tutduğu vəzifədən azad edib.
Bu məlumatı Ukrayna Prezidentinin saytı yayıb.
Milli Qvardiya komandanının işdən çıxarılmasına səbəb kimi yanvarın 27-də bir əsgərin 5 hərbçi yoldaşını öldürməsi, 5-ni isə yaralaması göstərilir.
General-leytenant Yuri Lebed Ukrayna Milli Qvardiyasının yeni komandanı təyin olunub.