24 C
Baku
Sunday, May 26, 2024

Zelenski: “Ukrayna ordusu əks-hücum əməliyyatına başlayıb”

“Ukrayna dəstələri təkcə Xerson bölgəsindəki hücuma diqqət yetirmirlər. Müdafiəçilərin əks-hücum hərəkətləri üçün bir çox yolu var”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABC NEWS telekanalına müsahibəsində deyib.

Jurnalist Zelenskidən Ukrayna hərbçilərinin niyə Xerson vilayətində əks-hücum əməliyyatına başlamaq qərarına gəldiyini soruşub.

“Mən demirəm ki, əks-hücum yalnız Xersona qarşıdır. İstiqamət və ya istiqamətlər var və biz irəliləməliyik” – Zelenski deyib.

Eyni zamanda, Zelenski qeyd edib ki, hərbi əməliyyatın təfərrüatları barədə danışa bilməz:

“Mən istəyirəm ki, düşmən bizdən sürprizlər alsın”.

Zelenski qeyd edib ki, çox çətin müharibə gedir, lakin o, Ukraynanın öz ərazilərini geri qaytaracağına əmindir.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər