5 C
Baku
Monday, February 6, 2023

Zelenski Ukrayna Ordusunun bəzi ərazilərdə irəlilədiyini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Ordusunun cəbhənin bəzi ərazilərində “az-az” irəlilədiyini açıqlayıb.

Bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində deyib.

“Baxmut, Soledar, Kreminna… Qısası, mövqelərimizi saxlayırıq. Cəbhənin az-az irəlilədiyimiz hissələri də var”, – ölkənin lideri vurğulayıb.

Prezident həmçinin əlavə edib ki, gələn il Ukraynanın hava hücumundan müdafiə sistemi Avropanın ən güclüsü ola bilər ki, bu da təkcə Ukraynanın deyil, bütün qitənin təhlükəsizliyini təmin edəcək.

Son xəbərlər
Digər xəbərlər
X