10 C
Baku
Wednesday, December 10, 2025

Zelenski: Ukrayna tezliklə 20 maddəlik sülh planını ABŞ-yə təqdim edəcək

Ukraynada təklif olunan 20 maddəlik sülh planı üzrə iş yekunlaşır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

“Biz gündəlik olaraq bütün tərəfdaşlarımızla kontaktlara davam edirik. Bu günün cədvəlində ABŞ ilə Ukraynada müharibədən sonrakı dövrdə bərpa-quruculuq işləri və iqtisadi inkişafın müzakirə olunması var. Bununla birgə, biz 20 maddəlik əsas sənəd üzərində işimizi yekunlaşdırırıq. Hansı ki, müharibənin bitməsi üçün parametrləri təyin edə bilər”, – Zelenski qeyd edib.

O bu sənədin tezliklə ABŞ-yə təqdim ediləcəyini əlavə edib.

“Sabah isə “İstəklilər Koalisiyası” formatında görüş planlaşdırılır. Bu həftə hamımız üçün yeni xəbərlər gətirə bilər”, – Ukrayna lideri vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər