32 C
Baku
Monday, July 22, 2024

Zelenski: “Ukrayna xalqı bu çətin zamanda dost Türkiyə ilə birlikdə olacaq”

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyədə baş verən meşə yanğınları ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Ukrayna rəhbəri bu barədə özünün tvitterdəki hesabında yazıb.

“Dostum, prezident Rəcəb Tayyib Ərdoğana böyük yanğınla əlaqədar başsağlığımı çatdırdım. Yanğın əleyhinə təyyarəmiz sabah (bu gün-red) Türkiyəyə uçacaq. Ukrayna xalqı bu çətin zamanda dost Türkiyə xalqı ilə birlikdə olacaq”, – Zelenski sosial şəbəkədəki hesabında yazıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər