32 C
Baku
Wednesday, July 24, 2024

Zelenski Ukrayna xalqının sağ qalmasının yeganə təminatçısını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə danışıqlar prosesini şərh edib. Dövlət başçısı qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bu gün sağ qalmağın yeganə təminatçısıdır.

O, bu barədə videomüraciətində bildirib.

“Ukraynanın müdafiəsi indi birinci dərəcəli vəzifədir və qalan hər şey bunun törəməsidir. Mən Rusiya Federasiyasının nümayəndələri ilə müxtəlif səviyyələrdə davam edən danışıqlar prosesi ilə bağlı hesabatları məhz bu əsasda nəzərdən keçirirəm. Onlar hələ də ərazimizdədir. Şəhərlərimizin atəşə tutulması davam edir, Mariupol mühasiyərə alınıb. Raket və hava zərbələri dayanmır”.

Dövlət başçısı qeyd edib ki, bunlar reallıqdır: “Bunlar faktlardır. Ona görə də Ukrayna Silahlı Qüvvələri, kəşfiyyatı, dövlətin müdafiəsinə qoşulan hər kəs bu gün yaşamağımızın yeganə qarantıdır, xalq, dövlət olaraq.

Bəli, danışıqlar platformasından eşitdiyimiz siqnalları müsbət adlandıra bilərik. Lakin bu siqnallar Rusiya mərmilərinin partlayış səslərini boğmur”, – Prezident bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər