10 C
Baku
Wednesday, November 6, 2024

Zelenski Ukraynada hərbi vəziyyətin müddətini 2025-ci il fevralın 7-dək uzadıb

Ukrayna Prezidenti VolodimirZelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il fevralın 7-dək uzadılması haqqında qanunları imzalayıb. Bu barədə ölkə parlamentinin üzvü Yaroslav Jeleznyak “Telegram” kanalında məlumat verib.

Qeyd edək ki, mövcud hərbi vəziyyət 2024-cü il noyabrın 10-da başa çatıb. Hərbi vəziyyətin uzadılmasını 311 deputat, səfərbərliyi isə 304 deputat dəstəkləyib.

Ukraynada 2022-ci il fevralın 24-də hərbi vəziyyət tətbiq edilib. Hərbi vəziyyət dövründə vətəndaşların Ukrayna Konstitusiyasının bir sıra maddələrində nəzərdə tutulan hüquq və azadlıqları məhdudlaşdırılır. Zelenski ümumi səfərbərlik haqqında qanunu fevralın 25-də imzalayıb.

Son xəbərlər
Digər xəbərlər