10 C
Baku
Sunday, May 19, 2024

Zelenski Ukraynanın əks-hücumunun uğursuz olduğunu etiraf edib

Prezident Vladimir Zelenski Ukraynada müharibənin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

O, bu barədə “Associated Press”ə müsahibəsində bildirib.

“Bizim müharibənin yeni mərhələsi var və bu faktdır. Qış, ümumiyyətlə, müharibənin yeni mərhələsidir”, – deyən Zelenski “Şahid -136” PUA-larının ölkənin enerji sektoruna son kütləvi hücumunu xatırladıb.

O, komandanlığın yayda başlayan əks-hücumdan daha çox şey gözlədiyini, lakin nəticələrin qənaətbəxş olmadığını etiraf edib.

“Biz daha sürətli nəticələr əldə etmək istəyirdik. Bu baxımdan, təəssüf ki, istədiyimiz nəticələrə nail olmadıq. Bu, faktdır”, – Vladimir Zelenski bildirib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin “dünyanın ikinci ordusu” ilə döyüşərkən geri çəkilmədiyinə sevinir.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər