“Uzunmüddətli müzakirələri birdəfəlik sona çatdırmaq və Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı qərar vermək üçün həlledici məqam yetişib”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Twitter” hesabından bildirib.
Dövlət başçısı həmçinin bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə daha səmərəli yardım və ukraynalıların öz azad gələcəkləri uğrunda qəhrəmancasına mübarizəsini müzakirə edib.