28 C
Baku
Wednesday, July 24, 2024

Zelenski: Ukraynanın bərpası üçün ən azı $600 mlrd. lazımdır

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ölkənin bərpası üçün ən azı 600 milyard dollar tələb olunur, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Onun sözlərinə görə, söhbət infrastruktur obyektlərinin, yaşayış massivlərinin və müəssisələrin bərpasından gedir. Xatırladaq ki, aprelin ortalarında Ukrayna prezidenti ölkənin bərpasını 550 milyard dollar dəyərində qiymətləndirmişdi.

“Əvvəllər mən 600 milyard dollar itkidən danışırdım. Biz məhv edilmiş hər şeyi bərpa edə bilərik, siz də bizə bərpa olunmağa kömək edin. Şirkətləriniz üçün fürsətdən istifadə edərək Kiyevdə ofislər tikin, Ukraynada şirkətlər qurun və Avropanın ən böyük bazarına çıxış əldə edəcəksiniz”, – deyə Zelenski söyləyib.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Kiyevə əlavə 500 milyon dollarlıq iqtisadi yardım edəcəyini açıqlamışdı. O dəqiqləşdirib ki, bu vəsait Kiyevə iqtisadiyyatın sabitləşməsi, maaşların verilməsi və əhaliyə lazımi xidmətlərin göstərilməsi üçün veriləcək. Bayden həmçinin Konqresi Ukraynaya hərbi yardım da daxil olmaqla əlavə 33 milyard dolların ayrılmasını dərhal təsdiq etməyə çağırıb.

 

Son xəbərlər
Digər xəbərlər