6 C
Baku
Saturday, December 14, 2024

Zelenski Ukraynanın bərpası ilə bağlı prioritetləri açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni bərpa etmək üçün üç əsas prioriteti açıqlayıb.

O, “Welt”ə müsahibəsində deyib ki, birinci məsələ enerji sektorudur.

“Təkcə atom elektrik stansiyalarından, təbii qaz və elektrik enerjisindən danışmıram. Enerji istehsalını şaxələndirmək bacarığını inkişaf etdirmək vacibdir. Bunlar mənim ABŞ və Avropa ilə işləmək istədiyim yeni texnologiyalardır. Biz elektrik anbarı tikməliyik”, – Ukrayna lideri bildirib.

Zelenski qeyd edib ki, ikinci prioritet kənd təsərrüfatının inkişafıdır:

“Ukrayna suvarma sisteminin və logistikanın inkişafına tərəfdaşları cəlb etməlidir. Bundan əlavə, Aİ, Afrika və Asiyada yeni taxıl mərkəzləri yaratmaq lazımdır. Ukraynada yetişdirilən buğda, qarğıdalı və bütün digər məhsulları çatdıra və saxlaya biləcəyimiz nəhəng qovşaqlar var. Bu qovşaqlar hazır olduqdan sonra biz mallarımızı oraya köçürə biləcəyik. Artıq bir neçə Afrika ölkəsi ilə bu barədə danışmışıq. Bu, əhəmiyyətli investisiya tələb edir”.

Sonuncu prioritet kibertəhlükəsizliyin genişləndirilməsi ilə bağlıdır, çünki Rusiya daim Ukraynaya xaker hücumları edir.

Son xəbərlər
Digər xəbərlər