Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə gündə 60-100 hərbçi itirdiyini açıqlayıb. Onun sözlərinə görə, ən çətin vəziyyət Ukraynanın şərqində, Donetsk və Luqanskın cənubundadır.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Vəziyyət çox ağırdır, hər gün 60-100 əsgərimizi döyüşlərdə itiririk, 500-ə yaxın isə yaralanır”, – deyə prezident qeyd edib.
Xatırladaq ki, may ayında Rusiya-Ukrayna danışıqları Kiyevin təşəbbüsü ilə dayandırılıb. Cənab Zelenski hesab edir ki, Rusiya əsl sülh danışıqlarını aparmaq istəmir.