“Silah bazarında Ukraynaya lazım olan silahlar var, lakin Kiyevin müqavilələr imzalamaq üçün maliyyə vəsaiti çatışmır”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib.
Prezident əlavə edib ki, silah təchizatının artırılması ilə bağlı danışıqlar aparılır: “Maliyyəyə ehtiyac var, çünki Ukrayna silah tədarükü üçün pulsuz olmayan variantları axtarmağa başlayıb”, – deyə o əlavə edib.