17 C
Baku
Cümə, May 20, 2022

Zelenski və Şolts arasında telefon danışığı olub

Ukraynanın Prezidenti Volodimir Zelenski və Almaniyanın kansleri Olaf Şolts arasında telefon danışığı olub.

Bu barədə Ukraynanın dövlət başçısı tviterdə məlumat verib.

“Kansler Olaf Şoltsla telefon danışığım olub. Sülh danışıqları zamanı Rusiyanın Ukrayna şəhərlərində yaşayış ərazilərini atəşə tutmasından danışdım. Ukrayna səmasının bağlanması lazım olduğunu vurğuladım. Ukraynanın Aİ-yə daxil olması ilə bağlı işi sürətləndirmək lazımdır”, – Ukrayna lideri qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər