Ukrayna Prezidenti Volodimir Zelenski yenidən prezident seçkilərində namizədliyini irəli sürə bilər.
Siyasətçi bu barədə Çexiya radiosuna verdiyi müsahibədə bildirib.
“Bilmirəm. Bu (Rusiya-Ukrayna – Red.) müharibəsinin necə bitəcəyindən asılıdır”, – Ukrayna lideri bildirib.
Zelenski əlavə edib ki, bəzən yenidən namizədliyini irəli sürmək barədə düşünür.
Xatırladaq ki, Ukraynada 2024-cü ilin mart ayına təyin olunmuş prezident seçkiləri mövcud hərbi vəziyyət səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. Zelenski vurğulayıb ki, ölkə texniki cəhətdən seçkiləri keçirməyə hazırdır, lakin bu, yalnız hərbi əməliyyatlar bitdikdən və ya etibarlı təhlükəsizlik zəmanətləri ilə mümkündür.







