23 C
Baku
Thursday, April 25, 2024

Zelenskinin Ofisi Haluk Bayraktara təşəkkür edib

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “BaykarTech” şirkətinə təşəkkür edib.

Bu barədə Mixail Podolyak “Twitter”də paylaşım edib.

“Dəyərlər puldan daha vacibdir. Ona görə də “BaykarTech” Rusiyaya “Bayraktar”ları satmayacaq. Qara dənizin digər sahilində Ukraynanın çox yaxşı dostu Haluk Bayraktar Ukraynanı və onun suverenliyini dəstəkləməyi seçdi. Bu, uşaqları öldürən terror ölkəsi ilə mümkün əməkdaşlığı düşünən hər kəs üçün yaxşı nümunədir”, – Podolyak qeyd edib.

Xatırlaadq ki, Türkiyənin “Baykar Makina” şirkətinin icraçı direktoru Haluk Bayraktar “Bayraktar” pilotsuz uçuş aparatlarının Rusiyaya satışına heç vaxt icazə verməyəcəyini və Ukraynanı dəstəklədiyini bildirib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər