Kreml belə hesab edir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin sülhə doğru addımlar atmaq üçün irəli sürdüyü təkliflər hərbi əməliyyatların davam etməsinə aparıb çıxarır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, Ukrayna prezidenti hərbi əməliyyatların bitməsi üçün 3 addım atılmasının vacibliyini qeyd edib ki, bunlardan biri kimi rəsmi Kiyevin yeni silah-sursatla təmin edilməsi göstərilib.