13 C
Baku
Friday, April 19, 2024

Zelenskinin Türkiyəyə səfərinin tarixi açıqlanıb

Ukrayna prezidenti Vladimir Zelenski aprelin 10-da Türkiyəyə işgüzar səfər edəcək.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ukrayna lideri 9-cu Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı çərçivəsində müdafiə sektoru, sərbəst ticarət müqaviləsi və turizm məsələlərini müzakirə edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskini qəbul edəcək.

Qeyd edək ki, Türkiyənin dövlət başçısı 2020-ci ilin fevralında 8-ci Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Kiyevə səfər etmişdi.

Son xəbərlər
Digər xəbərlər