26 C
Baku
Saturday, July 27, 2024

“Zewa” və “Libresse” istehsalçısı Rusiya bazarından çıxır

Şəxsi gigiyena məhsulları istehsalçısı “Essity” Rusiya bazarını tərk etdiyini açıqlayıb.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verib. Bildirilir ki, 2021-ci ildə “Essity”nin Rusiyadakı satışları təqribən 2.8 milyard kron (təxminən 29.5 milyon dollar) təşkil edib, bu da 2021-ci ildə ümumi həcmin təxminən 2%-inə bərabərdir.

Qeyd edək ki, “Essity” tualet kağızı, kağız dəsmallar, quru və nəm salfetlər, eləcə də sabunlar, losyonlar və əl təmizləyici vasitələr istehsal edir.

Şirkət Rusiyada 1994-cü ildə işləməyə başlayıb, hal-hazırda onun bu ölkədə 1300-ə yaxın işçisi var.

Son xəbərlər
Digər xəbərlər