5 C
Baku
Friday, February 23, 2024

“Zeytun” apteklər şəbəkəsi saxta dərman satır?

Azərbaycanda böyük apteklər şəbəkəsinə malik “Zeytun Pharmaceuticals” MMC barəsində məhkəmə iddiası qaldırılıb.

Şirkət sanitariya-gigiyena və epidemioloji qanunvericiliyi pozmaqda təqsirli bilinir.

“Zeytun Pharmaceuticals” İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, saxta dərman vasitələrinin istehsalı, satışı) maddəsi ilə cərimələnib.

İnzibati protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq. Şirkəti 5 min manatdan 7 min manatadək cərimə cəzası gözləyir.

Ölkənin bir çox yerində fəaliyyət göstərən “Zeytun” apteklər “Zeytun Pharmaceuticals” MMC-yə məxsusdur. Şirkətin rəhbəri iş adamı Bəhruz Şirəliyevdir. O, eyni zamanda, “Nurgun Holding”də yüksək vəzifə tutur və vaxtilə “Rəvan” futbol klubunun vitse-prezidenti olub.

Qeyd edək ki, “Zeytun” apteklər Bakıda bir çox metro stansiyanın daxilində də fəaliyyət göstərir. Şirkətin Azərbaycanda ümumilikdə 500-dən çox aptek şəbəkəsinə malik olduğu bildirilir.

 

 

Son xəbərlər
Digər xəbərlər