TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxs güclü təsiredici və psixotrop dərman vasitələrinin alınması ilə bağlı elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Qalib şirkət “Zeytun Pharmaceuticals” MMC olub. Müqavilənin ümumi dəyəri 13,7 milyon manatdan çox təşkil edir.
Tender 23 iyun 2025-ci ildə dərc olunub, təkliflərin qəbulu və zərflərin açılışı isə 9 iyul tarixində baş tutub.