9 C
Baku
Monday, November 18, 2024

“Zeytun Pharmaceuticals”in aptekində istifadə müddəti bitmiş uşaq qidası və bitki çayı aşkarlandı

Oğuz rayonu, Kərimli kəndində fəaliyyət göstərən “Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə Agentlik əməkdaşları tərəfindən planlı yoxlama aparılıb.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif sayda, müxtəlif əmtəə nişanlı uşaq qidası və bitki çayının satışının həyata keçirildiyi aşkarlanıb. Həmçinin sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq istifadə müddəti bitmiş məhsulların satışı ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb olunub.

1 2 22

Son xəbərlər
Digər xəbərlər