Polşada Kolobjeqe adlı ərazidə zibil tullantılarının çeşidlənməsi ilə məşğul olan işçilər köhnə tozsoranın içərisində gizlədilmiş yarım milyon avro aşkar edib.
“Zibilxanada” çalışan işçilər bir anlıq özlərini əsl milyonçu kimi hiss edib. Onlar tullantılar arasında zlot və avro bağlamalarına rast gəlir. Son olaraq məbləğ dəqiqləşdirilməsə də, məbləğin yarım milyon avro dəyərində olduğu bildirilir.
Tozsoranın içərisində pulu aşkar edən işçilər bu haqda polisə məlumat vermişlər və pullar onlardan götürülüb.
Polisdən verilən məlumata görə, tezliklə pulların sahibi tapılır. Bu Kolobjeqe sakini olan bir qadındır. Qadın pullarını gizlətdiri yerin detallarını qeyd etdikdən sonra pullar ona geri qaytarılıb.