18 C
Baku
Wednesday, April 17, 2024

“Zibilliyə atılan qidalar aclıqdan ölənlərin 15 mislini doyduracaq səviyyədədir” – Nazir

“Dünyada qlobal təhlükələr və risklər – su çatışmazlığı, quraqlıq, istiləşmə, səhralaşma, sənayeləşmə, beynəlxalq konfliktlər, pandemiyalar, epidemiyalar dövründə ərzaq və qida təhlükəsizliyi bəşəriyyət üçün prioritet sahələrdir. Ərzaq təhlükəsizliyi birbaşa kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlıdır. Bu səbəbdən ərzaq təhlükəsizliyi dövlətin təhlükəsizliyinin təməl şərtlərindəndir. Lakin müasir dünyamızda ərzaq və qida çatışmazlığı beynəlxalq təşkilatların hesabatlarında qeyd edilməklə, bu sahələr daha diqqətli və həssas yanaşmanı tələb edir”.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. Nazir bildirib ki, Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, 2022-ci ildə dünyada 735 milyon insan aclıqdan əziyyət çəkib: “5 yaşınadək 148 milyon uşaq qida çatışmazlığı səbəbindən inkişafdan geri qalıb. 2018-ci ildə isə hər gün dünyada 18 min uşaq aclıqdan və doyunca yeməməkdən vəfat edib”.

M.Məmmədov qeyd edib ki, Dünya Bankının hesabatlarına görə, inkişaf etmiş ölkələrdə zibilliyə atılan qidalar dünyada aclıqdan ölən insanların 15 mislini doyduracaq səviyyədədir:

“Əgər bu cür qeyri-bərabər paylanmalar olmasaydı, dünyada insanların aclıq problemi olmaya bilərdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu cür statistikalar da mövcuddur. Hər bir taxıl dəninin, hər kiloqram çörəyin və ərzağın qiymətli olduğu, zəhmətlər və kapital qoyuluşu hesabına başa gəldiyini nəzərə alaraq, təhlükəli qida istehsal edən sahibkarın son nəticədə hər birimizə zərər vurduğunu görərik. Çıxdaş edilərək məhv edilən bu cür ərzaqlar dövlətin resurslarının israfı deməkdir. Bu səbəbdən Alimentarius Kodeksinin və ölkələrin qida təhlükəsizliyi sahəsində qəbul etdiyi qanunvericilik aktlarının ciddi tətbiqi həm də ölkələrin ərzaq təhlükəsizliyində böyük rol oynayır”.

Mənbəunikal
Son xəbərlər
Digər xəbərlər