15 C
Baku
Friday, March 29, 2024

Ziqmund Freyd haqqında 15 maraqlı fakt

Dahi psixoanalitik Ziqmund Freyd haqqında bilmədiklərimiz

1. Ziqmund Freydin tam adı –Siqizmund Şlomo Freyddir.

2. Valideynləri onu daha yaxşı təhsil almasını istəyir və onu səylə oxumağa həvəsləndirirdi. Əgər digər uşaqlar şam işığında hazırlaşırdısa, Ziqmund üçün ayrıca bir otaq və kerosin lampa ayrılmışdı.

3. Ziqmund Freyd yunan, latın, fransız, ingilis, ispan, italyan, ivrit və alman dillərini mənimsəmişdi.

4. Ziqmund Freydin ilk elmi məqaləsi çay cücülərində cinsiyyət fərqlərinin üzə çıxarılmasına həsr olunub.

5. Bu gün hamının işlətdiyi “uşaq serebral iflici” (beyin iflici) termini məhz Freydə məxsusdur.

6. Altı il ərzində Freyd kokaindən asılı olub.

7. İlkin vaxtlarda Freyd öz xəstələrinin müalicəsi üçün hipnoz metodundan istifadə edib.

8. «İsteriya araşdırmaları» (1896-cı ildə) əsərinin dərc olunması psixoanalizin doğum tarixi hesab olunur (isteriya -həddindən artıq qıcıqlanma, bəzən ağlaya-ağlaya gülmə və ürəkkeçmə şəklində təzahür edən əsəb xəstəliyi).

9. Nevrozların (əsəb sistemi xəstəliyi) seksual etiologiyasını kəşf etdiyinə görə Freydi şarlatan və seksual manyak adlandırırdılar.

10. 1923-cü ildə Freyddə damaq xərçəngi aşkar olunur, bunun nəticəsində o 33 cərrahi əməliyyata məruz qalır.

11. Freyd yaxşı yazıçı idi. 1930-cu ildə o ədəbiyyat sahəsi üzrə ən hörmətli titullardan birinə layiq görünür – Frankfurt şəhərinin Höte mükafatına layiq görülmüşdür.

12. Nasist Almaniyasında Freydin əsərləri yandırılırdı. Bu məsələ ilə bağlı Freyd belə deyir: «Biz necə də tərəqqiyə nail olmuşuq! Orta əsrlərdə onlar mənim özümü diri-diri yandırardı, indi isə kitablarımı yandırmaqla kifayətlənirlər».

13. Freyd yalnız ABŞ prezidenti Frank Ruzvelt və fransız şahzadə Maria Bonapartın vasitəçiliyi sayəsində nasist Almaniyasını tərk etməyə müyəssər olmuşdur.

14. Faşistlər Freyddən gestapo zamanın onunla yaxşı rəftar edildiyini yazmağı tələb edəndə, o buna belə reaksiya vermişdir: «Bələ hər kəsə ürəkdən gestapo arzuladğımı da əlavə edim? »

15. 83 yaşında olan, dözülməz ağrılardan qurtulmaq üçün Freyd öz həkim dostundan xahiş edir ki, ona ölümcül morfi inyeksiyası etsin.

Son xəbərlər
Digər xəbərlər