21 C
Baku
Friday, October 11, 2024

Ziqmund Freydin lakonik tezisləri

Ziqmund Freyd psixologiya, tibb, sosiologiya, antropologiya, ədəbiyyat və XX əsr mədəniyyətinə əhəmiyyətli dərəcədə təsir etmiş bir şəxs və psixoanalizin yaradıcısı kimi məşhurdur. Onun insan təbiətinə baxışı o dövr üçün böyük yenilik idi. Lakin buna baxmayaraq bu ideyalar bu gün də öz aktuallığını qoruyub saxlayır və onun nəzəriyyələrinə qarşı maraq azalmır, əksinə daha böyük maraq qazanır.

Aşağıda sizə Ziqmund Freydin ən lakonik və maraqlı sitatlarını təqdim edirik. Bu sitatlar sizə sizi izah edəcək:

  • İnsan xaricdən nə qədər mükəmməldirsə, daxilində bir o qədər çox “şeytanları” vardır.
  • Bir-birimizi təsadüfi olaraq seçmirik… Biz yalnızca artıq şüuraltımızda mövcud olan insanlarla qarşılaşırıq.
  • Təəssüf ki, boğulmuş hislər məhv olmurlar. Onları susmağa məcbur ediblər və onlar daxildən insana təsir etməyə başlayır.
  • İnsanı xoşbəxt etmək tapşırığı dünyanın yaradılması planına daxil deyildi.
  • Biz dünyaya eyni şəkildə gəlir və eyni şəkildə tərk edirik.
  • Bir çoxlarını sevən qadını, birini sevən isə sevgini yaxşı tanıyır.
  • Əslinə qalsa insanların əksəriyyəti azadlıq istəmir. Çünki azadlıq məsuliyyət tələb edir. Məsuliyyət isə insanların çoxunu qorxudur.
  • Məşğul insana çox nadir halda boş vaxtı olan insan qonaq gələr. Qaynayan qazana milçəklər yaxın durmaz.
  • Orta əsrlərdə yaşasaydım məni yandırardılar, indi isə ancaq kitabları yandırırlar.
  • Sevgi və iş – bəşəriyyətin təməli məhz bunlardır.
  • Qısqanclıq məhvedicidir.
  • Həyatda xəstəlik və axmaqlıq qədər dəyəri baha ödənilən ikinci bir şey yoxdur.
  • İlk dəfə daş atmaq yerinə söyüşdən istifadə edən şəxs sivilizasiyanın yaradıcısı olmuşdur.
  • Axmaqlığın ilk əlaməti həya hissinin olmamasıdır.
  • Hər bir insanın heç kimə demədiyi və özünün belə dərk etmədiyi arzusu vardır.
  • Özünüzü müqayisə etməli olduğunuz yeganə şəxs keçmişdə olan Sizsiz. Ondan daha yaxşı olmalı olduğunuz yeganə insan isə indiki Sizsiniz.

Son xəbərlər
Digər xəbərlər