17 C
Baku
Sunday, May 19, 2024

Ziraat Bank Azərbaycan AFAD fonduna 100 000 ABŞ dolları məbləğində dəstək oldu

®Ziraat Bank Azərbaycan 6 Fevral tarixində Türkiyə Respublikasının cənub-şərqində baş vermiş dəhşətli zəlzələdə maddi və mənəvi zərər çəkən və yaralanan sakinlərə yardım məqsədilə “AFAD” hesabına 100 000 USD məbləğində ianə etdi.

Bank hadisənin baş verdiyi ilk gündən etibarən qardaş ölkə ilə həmrəyliyini, onlara dəstək olduğunu müxtəlif yollarla göstərmişdir. Ziraat Bank Azərbaycan fəlakətin baş verdiyi ilk gündən etibarən filialları və rəqəmsal platformaları vasitəsilə “AFAD” hesabına edilən köçürmələri komissiyasız və ƏDV-siz icra etmişdir. Həmçinin Bank həmvətənlərimizin ianə etmə üsulları ilə aydın şəkildə tanış olaraq köçürmələrini rahat icra etmələri üçün fərqli izahedici video təlimatlar  hazırlayaraq sosial media kanallarında paylaşmışdır. Qeyd edək ki, Ziraat Bank Azərbaycan “AFAD” qurumunun Azərbaycanda hesab açmasına dəstək verərək ianələrin daha tez və rahat çatdırılmasına vasitəçi olmuşdur. Bankın kollektivi maddi yardımla yanaşı, toplanılan humanitar yardımda da iştirak etmiş, onların təhvil verilməsində öz dəstəyini göstərmişdir. 

 “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın, FacebookInstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər