18 C
Baku
Çərşənbə, May 25, 2022

Ziraat Bank Azərbaycan ağacəkmə aksiyasında iştirak etdi!

®“Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində Bakı şəhərinin Müşfiqabad qəsəbəsində həyata keçirilən aksiyada Ziraat Bank Azərbaycan rəhbər və işçi heyəti iştirak edib. 

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında  Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ABA-nın sədri Zakir Nuriyev, Ziraat Bank Azərbaycanın sədri Dr. Selçuk Demir,bankın əməkdaşları və ölkəmizdəki maliyyə assosiasiyalarının digər üzvləri iştirak edib. Qeyd edək ki, ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi məqsədi ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum çərçivəsində maliyyə sektorunu təmsil edən Assosiasiyaların üzvlərinin təqdim etdiyi vəsait hesabına ABA tərəfindən  Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən 51.4 hektar ərazidə əkiləcək ağaclar üçün damcılı suvarma sisteminin qurulması da nəzərdə tutulur. 

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

Son xəbərlər
Oxşar xəbərlər