27 C
Baku
Saturday, July 27, 2024

“Ziraat Bank Azərbaycan” baş ofisinin yerini müəyyənləşdirib

Türkiyə “Ziraat Bankası”nın Azərbaycandakı törəməsi – “Ziraat Bank Azərbaycan” ASC-nin baş ofisi Bakı şəhərinin Yasamal rayonunda – Qələbə meydanı adlanan ərazidə yerləşəcək. Baş ofis üçün alınmış 5 mərtəbəli inzibati binada hazırda təmir işləri aparılır. İlin sonuna qədər bu işlərin yekunlaşması, baş ofisin fəaliyyətə başlaması nəzərdə tutulub.

“Ziraat Bank Azərbaycan”-ın baş ofisinin 1-ci mərtəbəsində Bankın paytaxtdakı sayca 2-ci filialının da yerləşəyi gözlənilir. Bu filial müştərilər üçün əsas xidmət mərkəzi kimi fəaliyyət göstərəcək. Xatırladaq ki, Bankın hazırda yeganə filialı “İçəri Şəhər” metro stansiyasının yaxınlığında yerləşir.

Qeyd edək ki, “Ziraat Bank Azərbaycan”-a bank fəaliyyəti göstərmək üçün lisenziya Azərbaycan Mərkəzi Bankı tərəfindən 2014-cü il dekabrın 30-da verilib. Bank 50 mln. manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb.

Son xəbərlər
Digər xəbərlər