10 C
Baku
Friday, October 25, 2024

“Ziraat Bank Azərbaycan” da ilin son rübü ərzində zərər edib

Türkiyənin ən böyük bankının Azərbaycandakı törəməsi 2018-ci ilin son rübü ərzində zərər edib.

Banker.az bunu “Ziraat Bank Azərbaycan” ASC-nin 2018-ci ilin IV rübünə olan maliyyə hesabatına istinad edir.

Hesabata görə, Bankın xalis mənfəəti 2018-ci ilin III rübündə 1,6 mln. manatdan çox təşkil etdiyi halda ilin sonuna 1,38 mln. manat təşkil etdiyini açıqlayıb və bu da xalis mənfəətin azalması deməkdir. Bu azalmanın da səbəbi ilin IV rübündəki 230 min manata yaxın zərərin hesabınadır.

Bu rüb ərinzdəki bu mənfi rəqəmin əsas səbəbi kredit və depozit itkiləri üzrə ehtiyata ayırmalar hesabına baş verib. Belə ki, bank ilin 9 ayı ərzində bu ayırmalara 2,72 mln. manat ayırdığı halda, cəmi 1 rübə 2,9 mln. manat ayırıb.

Qeyd edək ki, kredit və depozit itkiləri üzrə ehtiyata ayırmalar il üzrə 5,41 mln. manat təşkil edib.

Xatılradaq ki, bank ötən ildə 4,06 mln. manatlıq xalis mənfəət əldə etmişdi və bu azalma Bankın xalis mənfəətinin 3 dəfə azaldığını göstərir.

Son xəbərlər
Digər xəbərlər